
Bakı. Trend:
“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz
yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 9
oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikası vətəndaşı olan
40 nəfər Almaniya Federativ Respublikasından geri qəbul edilib.
Trend xəbər
verir ki, bu barədə Dövlət Miqrasiya Xidməti məlumat yayıb.
“Qeyd edək ki, Dövlət Miqrasiya Xidməti tərəfindən fəaliyyəti
əlaqələndirilən aidiyyəti dövlət qurumlarının nümayəndələrindən
ibarət Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan
Respublikası vətəndaşlarının üzləşdikləri çətinlik və problemlərin
operativ həlli, onların cəmiyyətə səmərəli, dayanıqlı
sosial-iqtisadi reinteqrasiyası işinin təşkili istiqamətində
müvafiq tədbirlər həyata keçirir”,- deyə Xidmətdən əlavə
edilib.

