
Bakı. Trend:
AFFA İntizam Komitəsi “Neftçi”ni 15 min 700 manat məbləğində
cərimələyib.
Trend xəbər
verir ki, buna Misli Premyer Liqasının VII turunda “Zirə” ilə
matçda qeydə alınan qayda pozuntuları səbəb olub.
Paytaxt təmsilçisi 4 üzvü sarı vərəqə aldığı üçün 700 manat,
azarkeşləri tərəfindən kütləvi iğtişaş törədildiyinə görə 10 000
manat, məşqçisi Vəfadar Quliyev hakimin qərarına etiraza görə
birbaşa qırmızı vərəqə aldığı üçün 5000 manat cərimə edilib.
Məşqçiyə isə 2 oyunluq cəza verilib.
“Zirə” isə futbolçusu Ayron Qomisin (1 oyunluq cəza) ikinci
sarıdan qırmızı vərəqə alması və VAR maşını ətrafında
təhlükəsizliyin tam təmin edilməməsi səbəbindən ümumilikdə 1500
manat ziyana düşüb.
Bundan başqa, “Sumqayıt” – “Turan Tovuz” oyununda ev sahibi,
“Qəbələ” – “Şamaxı” matçında isə qonaq komandanın 4 futbolçusu sarı
vərəqə aldığı üçün klublar hərəyə 700 manat cərimə ödəyəcək.

