Sumqayıtda çayxana yandı

Baş səhifə

Bakı. Trend:

Sumqayıt şəhərində yanğın olub.

Trend xəbər verir ki, bu
barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.




Bildirilib ki, Sumqayıt şəhərində üçmərtəbəli yaşayış binasının
1-ci mərtəbəsində yerləşən ümumi sahəsi 50 m² olan çayxanada
mətbəxin yanar konstruksiyaları 10 m² sahədə yanıb, yüksək
temperaturdan bir ədəd kondisioner qismən əriyib.

Çay evinin qalan hissəsi və bina yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.