Davam edən Rusiya-Ukrayna münaqişəsində 200 minə yaxın şəxs itkin düşüb.
“Report” xəbər verir ki, bunu Ukrayna Ali Radasının İnsan Hüquqlarını üzrə Komissarı Dimtro Lubines Bakıda “İtkin düşmüş şəxslər probleminin həlli üçün səylərin birləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi” mövzusunda keçirilən beynəlxalq konfransdakı çıxışında deyib.
O bildirib ki, münaqişə bitəndən sonra Ukraynada nə qədər itkin düşən şəxsin olması ilə bağlı dəqiq rəqəmlər məlum olacaq:
“Biz həmin şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində beynəlxalq köməyə ehtiyac olduğunu düşünürük”
Komissar itkin düşmüş şəxslərlə bağlı Ukrayna, Azərbaycan və istəyən ölkələr birgə işçi qrup yaradılmasını təklif edib
“Azərbaycanın bu sahədə böyük təcürübəsi var. Biz də bu təcrübədən yararlanmaq istətirik. İtkin düşmüş şəxslər unudulmuş şəxslər olmamalıdır. Biz itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində fasiləsiz işlər görməliyik. İtkin düşmə halı daha çox müharibə, sonra isə miqrasiya, fəlakətlər nəticəsində yaranır. İtkin düşmə halı olduqda yalnız beynəlxalq əməkdaşlıq cəhdləri bu faciənin həll olunmasına töhfə verə bilər. İtkin düşmüş şəxslər problemi elədir ki, hər bir ölkə buna sahiblənməlidir. Bu, sərhədləri aşan problemdir”.
Ən son xəbərləri bizim “Instagram” səhifəmizdə izləyin

