AMB: Alt fintexlərin açıq bankçılığa inteqrasiyasına başlanılıb

Baş səhifə
AMB: Alt fintexlərin açıq bankçılığa inteqrasiyasına başlanılıb

Azərbaycanda alt fintexlərin açıq bankçılığa inteqrasiyasına başlanılıb.

“Report” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə texnologiyaları və innovasiyalar departamentinin direktoru Fidan Tofidi Bakıda keçirilən fintex forumunda (“Baku Fintech Forum 2025”) bildirib.

“Bu, açıq bankçılıq sahəsində son deyil, hələ təzə başlamışıq. Bir neçə fazamız da var. Alt fintexlərin inteqrasiyası ilə bağlı onlara dünən məktub göndərilib. Bundan başqa, “payment initiation” yəni ödənişlərin təqlidi üçün birinci bankları, sonra fintexləri ora daxil edəcəyik. Bununla da bitmir, çünki AMB meqarequlyator kimi həm sığorta, həm də investisiya şirkətlərini Açıq Maliyyəyə inteqrasiya etməyi planlaşdırır”, – deyə o qeyd edib.