HAMAS Fələstin xalqının haqlarından imtina etməyəcəyini açıqlayıb

Baş səhifə

HAMAS Fələstin xalqının müstəqillik və öz müqəddəratını təyinetmə hüququndan imtina etməyəcək.

APA xəbər verir ki, bu barədə məlumat hərəkatın “Telegram” kanalında yayımlanan açıqlamada yer alıb.

“Biz təsdiq edirik ki, xalqımızın qurbanları hədər getməyəcək və biz verdiyimiz vədələrə sadiq qalacağıq. Azadlıq, müstəqillik və öz müqəddəratını təyinetmə daxil olmaqla, xalqımızın milli haqlarından imtina etməyəcəyik”, – bəyanatda bildirilir.