İsrailin əməliyyatları Suriyanın üzləşdiyi ən mühüm problemlərdən biridir.
APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə xarici işlər naziri Ankarada rəsmi səfərdə olan suriyalı həmkarı Həsən Əl-Şeybani ilə görüşdən sonra birgə mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, İsrailin Suriyada əməliyyatlarına qarşı çıxılmalıdır və Suriyaya tətbiq olunan bütün sanksiyalar aradan qaldırılmalıdır.
“Türkiyə olaraq Suriyaya dəstəyimiz davam edəcək. Suriya xalqının beynəlxalq ictimaiyyətdən gözləntiləri var. Artıq coğrafiyamızda sülh və sabitliyin hakim olmasını istəyirik”, – nazir qeyd edib.

