Almaniya polislərinə dronları məhv etmək səlahiyyəti veriləcək

Baş səhifə

Bakı. Trend:

Almaniya Avropadakı hava limanlarında fasilələrə səbəb olan
dronlara qarşı polisə atəş açmaq səlahiyyəti verəcək.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, yeni qanun hökumət tərəfindən qəbul
edilib, indi isə parlamentin təsdiqini gözləyir.




Dronları zərərsizləşdirmək üçün lazerlərdən və ya idarəetmə və
naviqasiya siqnallarını pozan vasitələrdən istifadə ediləcək.

Yeni qanun, ötən həftə Almaniyanın ikinci ən böyük hava limanı
olan Münhen Hava Limanında dronların müşahidə edilməsindən sonra
onlarla uçuşun ləğvolunması və 10 mindən çox sərnişinin hava
limanında qalmasından sonra qəbul edilib.