
“Fənərbaxça” heyətini “Mançester Siti”dən ayrılan Nathan Ake ilə gücləndirib.
Metbuat.az xəbər verir ki, İstanbul təmsilçisi təcrübəli müdafiəçi ilə müqavilə imzalandığını rəsmən açıqlayıb. Transferi klubun idarə heyətinin üzvü Cihan Kamer radio proqramında elan edib.
Klubun açıqlamasına görə, Hollandiya millisinin üzvü olan Ake məzuniyyətini başa vurduqdan sonra Avstriyadakı təlim-məşq toplanışında komandaya qoşulacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

