“Gəncə” amerikalı basketbolçunu heyətinə cəlb edib

Baş səhifə
Gəncə amerikalı basketbolçunu heyətinə cəlb edib

Transfer çalışmalarını davam etdirən “Gəncə” daha bir legioneri heyətinə cəlb edib.

Bu barədə “Report”a Gəncə klubundan məlumat verilib.

ABŞ-dən olan Ceykob Uayli ilə cari müövsümün sonuna kimi müqavilə bağlanıb. 2 metr boya malik basketbolçu ampluaca hücumçudur. O, “Gəncə”də 2 nömrəli forma ilə oynayacaq.

Qeyd edək ki, Ceykob Uayli son mövsümü Rumıniyanın “Styaua” klubunda keçirib.