
Bakı.Trend:
“İmişli” ilə oyundan sonra istirahət edən “Araz-Naxçıvan”
məşqlərini bu gün bərpa edəcək.
Trend xəbər
verir ki, bu gün və sabahkı məşqlərdən sonra isə komanda Misli
Premyer Liqasında yaranmış fasilə ilə əlaqədar yoxlama oyununda
gücünü sınayacaq.
Sparrin-rəqib I Liqanın lideri “Şəfa” olacaq. Görüş oktyabrın
10-da, BOS-nın ehtiyat meydanında keçiriləcək və saat 15:00-da
start götürəcək.

