Salyanda qəzada sürücü avtomobildə yanaraq ölüb

Baş səhifə

Salyanda sürücünün yanaraq ölməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Salyan rayonunun Qarabağlı kənd sakini, 1987-il təvəllüdlü Əzizov Afət Asət oğlunun idarə etdiyi avtomobil qəzaya uğradıqdan sonra alışaraq yanıb.

Nəticədə sürücü avtomobildə yanaraq ölüb.

Faktla bağlı araşdırma aparılır.