“Mançester Siti” 19 yaşlı vingeri transfer edir

Baş səhifə

Bakı. Trend:

“Mançester Siti” Fransanın “Trua” klubunda çıxış edən Matis
Deturbenin keçidini həll edib.

Trend xəbər verir ki,
Premyer Liqa nəhəngi 19 yaşlı vinger üçün 25 milyon avro təzminat
ödəyəcək. Bu barədə “RMC Sport” məlumat yayıb.




“Şəhərlilər” Deturbeni transfer etdikdən sonra onu bir mövsümlük “Monako”ya icarəyə verəcək. Fransalı oyunçu 2027-ci ilin yayında “Mançester Siti”yə qoşulacaq.

Qeyd edək ki, Matis Deturbe cari mövsümdə Fransa Liqa 2-də
meydana çıxdığı 33 rəsmi matçda 3 qol və 6 məhsuldar ötürmə ilə
yadda qalıb.