ABŞ Milli Qvardiyası qoşunları etirazlara baxmayaraq Çikaqo ətrafına gəliblər

Baş səhifə

Bakı. Trend:

ABŞ Milli Qvardiyasının qoşunları yerli hakimiyyətin
etirazlarına baxmayaraq, İllinoys ştatının Çikaqo şəhərinin
ətrafına gəlib.

Trend-in
məlumatına görə, bu barədə “The Chicago Tribune” nəşri xəbər
verib.

Məlumata əsasən, ABŞ Ordusunun təlim mərkəzinin yerləşdiyi Elvud
ətrafında kamuflyaj geyinmiş silahlı əsgərlər görüntülənib.




FTB direktoru Keş Patel çərşənbə axşamı “X” sosial şəbəkəsində
Çikaqoya getdiyini elan edərək, şəhərin “xilas olunacağını” qeyd
edib.

ABŞ prezidenti Donald Tramp bundan əvvəl Çikaqoda asayişi bərpa
etmək üçün Milli Qvardiyaya 300 hərbçi göndərmək qərarına
gəlib.