Bakı. Trend:
Federal hökumətin maliyyələşdirilməsinin qismən dayandırılması
(şatdaun) səbəbindən ABŞ administrasiyası Amerika qurumlarının
işçilərini əhəmiyyətli dərəcədə ixtisar edə və bir sıra dövlət
proqramlarını bağlaya bilər.
Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp
Ağ Evdə Kanadanın baş naziri Mark Karni ilə görüşün əvvəlində
jurnalistlərə bildirib.
“Bəli, əlbəttə. Bizdə çoxdur”, – deyə Amerika lideri şatdaun
səbəbindən ABŞ-də hansı proqramların məhdudlaşdırıla biləcəyinə
qərar verilib-verilməməsi ilə bağlı sualına cavabında bildirib.
“Onların adlarını sizə deməyəcəyəm, amma tezliklə onları elan
edəcəyik”, – deyə o qeyd edib.

