Viktor Orbanın Azərbaycana səfəri başa çatıb

Baş səhifə

Macarıstanın Baş naziri Viktor Orbanın Azərbaycan Respublikasına səfəri oktyabrın 7-də başa çatıb.

APA xəbər verir ki, Qəbələ Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Macarıstanın Baş naziri Viktor Orbanı Azərbaycanın mədəniyyət naziri Adil Kərimli və digər rəsmi şəxslər yola salıblar.