Orda Dəhlizin aktuallığı daha da artır – Rhenus Logistics Azerbaijan

Baş səhifə

Bakı.Trend:

Orta Dəhlizin əhəmiyyəti getdikcə artır.

Trend xəbər verir
ki, bunu “Rhenus Logistics Azerbaijan LLC”nin idarəedici direktoru
Katerina Zuban “Maliyyə kəsişməsində innovasiyalar və
texnologiyalar” mövzusunda İxracın Maliyyələşməsi üzrə Yüksək
Səviyyəli Almaniya-Azərbaycan Konfransında deyib.




“Orta Dəhliz və ya Transxəzər nəqliyyat dəhlizi ildən-ilə daha
mühüm və aktiv marşruta çevrilir, bu isə yeni həllər və resurslar
tələb edir. Bizim 2014-cü ildə Azərbaycana gəlişimizdən etibarən
logistika sahəsində çoxsaylı dəyişikliklər və inkişaflar müşahidə
olunur. Son 10 ildə ölkədə bir çox yeni logistika mərkəzləri və
infrastruktur həlləri yaradılıb”, – deyə o qeyd edib.

K. Zuban bildirib ki, yeni obyektlər arasında Avropa və Asiyanı
birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu da var. Bundan başqa,
paytaxt ətrafında Abşeron Logistika Mərkəzi və Ələt Azad İqtisadi
Zonasını əhatə edən logistika mərkəzləri də sürətlə inkişaf
edir.