“Azərbaycan xalqını və Prezident İlham Əliyevi əmin etmək istəyirəm ki, biz təkcə dost deyilik, həm də strateji tərəfdaşıq”.
APA-nın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşündə bildirib.
Viktior Orban Macarıstanla Qazaxıstan, Özbəkistan, Qırğızıstan və digər Türk dövlətləri arasında səmərəli əməkdaşlıq olduğunu vurğulayıb: “Prezident İlham Əliyevə dəvətə görə bir daha təşəkkür edirəm”.

