Bakıda baş vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb olunublar – DİN

Baş səhifə

Bakı. Trend:

Paytaxtın Qaradağ rayonunda yerləşən anbarların birində baş
vermiş yanğınla bağlı polis əməkdaşları dərhal əraziyə cəlb
olunublar.




Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə bildirilib ki,
hadisə yerində vətəndaşların təhlükəsiz şəkildə təxliyə olunması,
həmçinin yanğınsöndürmə-qurtarma qüvvələrinin maneəsiz
fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri operativ tədbirlər
görülür.