Bakı.Trend:
Oktyabrın 6-da saat 18 radələrində Şirvan şəhər sakini 1986-cı
il təvəllüdlü Lamiyə Qanbayevanın “bədənin çoxsaylı
kəsilmiş-deşilmiş yaraları” diaqnozu ilə xəstəxanaya
yerləşdirilməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Bu barədə Trend-ə Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, aparılmış araşdırma zamanı 1988-ci il Tural
Qanbayevin kəsici-deşici alətlə xəsarətlər yetirməklə Lamiyə
Qanbayevanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən
edilib.
T.Qanbayev hadisədən sonra sirkə turşusu içərək özünü öldürməyə
cəhd edib, hazırda xəstəxanada stasionar müalicəsi davam edir,
vəziyyəti ağırdır.
Faktla bağlı Şirvan şəhər prokurorluğunda Cinayət Məcəlləsinin
29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi
başlanıb.
İbtidai istintaq davam etdirilir.

