
Avropa İttifaqı ölkələri Rusiya diplomatlarının blok daxilində səfərlərini məhdudlaşdırmaq barədə razılığa gəliblər.
APA xəbər verir ki, bu barədə “The Financial Times” yazıb.
Bildirlirlir ki, bu addım Avropa kəşfiyyatlarının məlumatına görə, çox vaxt diplomatik örtük altında fəaliyyət göstərən casusların həyata keçirdiyi sabotaş cəhdlərinin artmasına cavabdır.
Bununla da Aİ ölkələrinin paytaxtlarında fəaliyyət göstərən Rusiya diplomatları səfər etməzdən əvvəl səfər planları barədə gedəcəkləri digər ölkələrin hakimiyyətlərini məlumatlandırmaq məcburiyyətində olacaqlar.
Nəşrin mənbələri bildirir ki, əvvəllər bu tədbirə qarşı çıxan Macarıstan nəhayət vetosunu geri götürüb.
Məlumatlara görə, təşəbbüsü Çexiya irəli sürür. Bu qərar, Rusiyanın Ukraynaya tammiqyaslı təcavüzünə cavab olaraq hazırlanmaqda olan yeni sanksiya paketinin bir hissəsi ola bilər.


