Azərbaycanda avqustda “MasterCard” kartları ilə aparılan əməliyyatların ümumi həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Cari ilin avqust ayının sonuna olan məlumata görə, Azərbaycan
rezident maliyyə institutları tərəfindən buraxılmış “MasterCard”
kartları (statistik vahidlərin ödəniş kartları da daxil olmaqla)
vasitəsilə ümumilikdə 74,5 milyon əməliyyat aparılıb və bu
əməliyyatların ümumi həcmi 4,8 milyard manat təşkil edib.

Trend bu barədə
Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir.

Əvvəlki ayla müqayisədə əməliyyatların sayı 15 milyon (25,2
faiz) artıb, əməliyyatların həcmi isə 398 milyon manat (9 faiz)
çoxalıb.




Eyni zamanda, qeyri-rezident maliyyə institutları tərəfindən
buraxılmış “MasterCard” kartları ilə aparılan əməliyyatların sayı
441 min, ümumi həcmi isə 46 milyon manat olub. Bu isə ötən ilin
eyni dövrü ilə müqayisədə 73,1 min əməliyyat (0,8 faiz) az, həcmi
isə 8,2 milyon manat (15 faiz) aşağıdır.

Qeyd edək ki, rezident kartlarla əməliyyat dedikdə, Azərbaycanda
fəaliyyət göstərən banklar və maliyyə təşkilatları tərəfindən
buraxılmış kartlardan istifadə etməklə həyata keçirilən bütün
əməliyyatlar nəzərdə tutulur. Qeyri-rezident kartlarla əməliyyat
isə ölkə ərazisində xarici maliyyə institutları tərəfindən
buraxılmış kartlarla aparılan tranzaksiyaları əhatə edir.