Azərbaycanda manatla pul kütləsinin həcmi açıqlanıb

Baş səhifə

Bakı. Trend:

Bu ilin sentyabrın 1-nə Azərbaycanda geniş mənada pul kütləsinin
(M3 aqreqatı) həcmi 47,767 milyard manat təşkil edib.

Trend-in
Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən məlumına görə, bu, aylıq
müqayisədə 86,6 milyon manat və ya 0,2%, 2024-cü ilin eyni dövrünə
nisbətən isə 2,7 milyard manat və ya 6,1% çoxdur.

Bundan başqa, 2025-ci ilin sentyabrın 1-nə manatla pul
kütləsinin (M2 aqreqatı) həcmi 36,806 milyard manat təşkil edib ki,
bu da aylıq göstəriciyə nisbətən 144 milyon manat və ya 0,4%,
2024-cü ilin eyni dövrünə nisbətən isə 1,5 milyard manat və ya 4,3%
çoxdur.




Həmçinin hesabat dövründə M1 pul aqreqatı üzrə göstərici 29,127
milyard manata bərabər olub. Bu, aylıq müqayisədə 105 milyon manat
və ya 0,4%, 2024-cü ilin eyni dövrünə nisbətən isə 820 milyon manat
və ya 2,9% çoxdur.

Eyni zamanda, bu ilin sentyabrın 1-nə banklardan kənarda olan
nağd pul kütləsi (M0 aqreqatı) 16,829 milyard manat təşkil edib ki,
bu da aylıq müqayisədə 171 milyon manat və ya 1%, ötən ilin eyni
dövrünə nisbətən isə 932 milyon manat 5,9% çoxdur.