
Bakı. Trend:
“Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq
müsadirə edilmiş narkotik vasitələrin, psixotrop maddələrin və
onların prekursorlarının məhv edilməsi Qaydası”nda dəyişiklik
edilib.
Trend xəbər
verir ki, bununla bağlı Baş nazir Əli Əsədov müvafiq qərar
imzalayıb.
Sənədə əsasən, məhv edilməsi nəzərdə tutulan narkotik
vasitələrdən Ədliyyə Nazirliyinin kinoloji xidmətləri tərəfindən
kinoloji xidmət itlərinin narkotik vasitələrin axtarışı üzrə
aparılan təlimlərində istifadə olunacaq.
Daha əvvəl bu səlahiyyət yalnız Daxili İşlər Nazirliyi, Dövlət
Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinə məxsus idi.

