Sərsəng su anbarında 19,7 milyon manatlıq təmir işləri aparılacaq

Baş səhifə

Bakı. Trend:

Sərsəng su anbarında təmir və bərpa işləri aparılacaq.

Trend-in
məlumatına görə, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin
tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla
bağlı müvafiq işlərə başlayıb.

Qurum hazırda su anbarında təmir və bərpa işlərini icra edəcək
şirkəti müəyənləşdirir.




Sözügedən işlərin icrasının 19,722 milyon manata başa gələcəyi
proqnozlaşdırılıb.

Sərsəng su anbarı Azərbaycanın ən bolsulu çaylarından olan
Tərtərçayın üzərində yerləşir. Ümumi həcmi 560 milyon kubmetr olan
su anbarı Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsidir. Bəndin
hündürlüyü 125, uzunluğu 555, eni isə 10,2 metrdir. Sərsəng su
anbarı vasitəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və
Goranboy rayonlarında, ümumilikdə 96 min hektardan çox ərazi
suvarılır. Su anbarının bəndində ümumi gücü 50 meqavat olan su
elektrik stansiyası tikilib.