Nərimanovda oğurluq edən şəxs saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Paytaxtın Nərimanov rayonunda evlərin birindən oğurluq
edilib.

Trend
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, zərərçəkən şəxs polisə müraciət edərək evindən
2000 avro, 100 dollar və 2700 qriven (113 manat) və 500 manat
dəyərində qızıl-zinət əşyasının talanmasını bildirib.




Nərimanov RPİ 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri
tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 45 yaşlı Qəbələ rayon
sakini Y.Qrestsenyuk müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.