“Həmrəylik, Bərabərlik və Davamlılıq” mövzuları Azərbaycanın da bölüşdüyü prinsiplərdir – Sahibə Qafarova

Baş səhifə

Bakı. Trend:

“Həmrəylik, Bərabərlik və Davamlılıq” mövzuları Azərbaycanın da
bölüşdüyü prinsiplərdir.

Trend xəbər verir ki, bu
fikri Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 1-də Cənubi
Afrika Respublikasının Keyptaun şəhərində “Böyük iyirmilik” (G20)
ölkələrinin Parlament Sədrlərinin 11-ci Samitinin açılış
mərasimində çıxışı zamanı səsləndirib.

Parlamentin spikeri xatırladıb ki, bir neçə gün əvvəl Azərbaycan
Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 80-ci
sessiyasındakı nitqində ölkəmizin baxışını – beynəlxalq hüquqa
əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmamaq,
qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərini təqdim edib.

Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan beynəlxalq hüququn
norma və prinsiplərini təkbaşına həyata keçirməklə, öz ərazilərini
Ermənistanın 30 illik işğalından azad edərkən bu baxışa sadiq
qalıb. Ermənistanla sülh prosesinə başlayarkən və bu ilin
avqustunda Vaşinqtonda sülh sazişinin mətnini paraflayarkən isə onu
davam etdirib.