"Qarabağ" turnir cədvəlində neçənci yerdədir?

Baş səhifə

UEFA Çempionlar Liqasının əsas mərhələsinin II turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Kopenhagen” (Danimarka) oyunu başa çatıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan qarşılaşma Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb..

Modern.az xəbər verir ki, Avropanın ən güclü klub turnirində qitənin 36 komandası yarışır.

“Qarabağ” hazırda turnir cədvəlində dördüncü yerdir.

Qurban Qurbanovun komandası bundan əvvəl Lissabonda “Benfika”üzərində 3:2 hesablı qələbə qazanıb. 

Digər 6 oyun belə nəticələnib:

PSV (Niderland) – “Yunion” (Belçika) – 1:3

“Atletik” (İspaniya) – “Arsenal” (İngiltərə) – 0:2

“Real” (Madrid, İspaniya) – “Olimpik” (Fransa) – 2:1

“Benfika” (Portuqaliya) – “Qarabağ” (Azərbaycan) – 2:3

“Yuventus” (İtaliya) – “Borussiya” (Dortmund, Almaniya) – 4:4

“Tottenhem” (İngiltərə) – “Vilyarreal” (İspaniya) – 1:0

Bu gün turnirdə daha 6 oyun keçirləcək. Digər matçlar isə sentyabrın 17-i və 18-də keçiriləcək.