Bakı. Trend:
Son 30 illik statistik məlumatlara əsasən, 3,8 trilyon dollar
dəyərində ərzaq və məhsul quraqlıq, daşqınlar və fəlakətlər
səbəbindən məhv olub.
Trend
xəbər verir ki, bunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi Viorel Qutu Bakı
İqlim Fəaliyyəti Həftəsi çərçivəsində keçirilən “İqlimədavamlı
Aqrobiznes: Strategiya, İnvestisiya və Siyasətin Uyğumlaşdırılması”
mövzusunda dəyirmi masada çıxışı zamanı deyib.
O bildirib ki, bu göstərici ümumilikdə qlobal kənd təsərrüfatı
ÜDM-nin 5 faizini təşkil edir:
“Bu nə qədər böyük risklər, problemlər və çağırışlardan xəbər
verir”.
BMT rəsmisi qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatında
çalışanlar ümumi işçi qüvvəsinin 36 faizini təşkil edir.

