Uitkoff ABŞ prezidentinin xüsusi elçisi vəzifəsini tərk edə bilər

Baş səhifə

Bakı. Trend:

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff ilin sonuna qədər
vəzifəsini tərk etməyə hazırlaşır.

Trend-in
məlumatına görə, bu barədə “Times of Israel” qəzeti məlumatlı
mənbəyə istinadən xəbər verib.




Məlumata əsasən, Uitkoffun ilin sonunda istefa verəcəyi
gözlənilir.

Qeyd edilib ki, bu, ABŞ prezidenti Donald Trampın İsrailin baş
naziri Binyamin Netanyahunun Amerikanın son təklifini qəbul
etdiyini və vasitəçilərin HƏMAS-dan cavab gözlədiyini bəyan
etməsindən sonra Qəzzada müharibədə irəliləyişin yaxın olması
fonunda baş verəcək.