ABŞ-nin Qəzzada münaqişəyə son qoymaq planı HƏMAS-a təqdim edilib

Baş səhifə

Bakı. Trend:

İsrail və HƏMAS arasında vasitəçilik edən Misir və Qətər
Fələstin hərəkatının danışıqlar üzrə nümayəndə heyətinə Qəzza
zolağında münaqişəyə son qoymaq üçün ABŞ-nin planını təqdim
edib.

Trend-in məlumatına görə, bu barədə “Al Jazeera” televiziya
kanalı mənbələrə istinadən xəbər verib.




Məlumata əsasən, nümayəndə heyəti vasitəçilərə “təklifi
məsuliyyətlə araşdıracaqlarına” söz verib.

Misirin “Əl-Qahirə əl-İxbariyyə” telekanalı da Amerika sənədinin
HƏMAS nümayəndələrinə ötürüldüyünü təsdiqləyib.