Azərbaycanın beş samboçusu III MDB Oyunlarında finala yüksəlib

Baş səhifə
Fərdi

  • 29 sentyabr, 2025
  • 13:32
Azərbaycanın beş samboçusu III MDB Oyunlarında finala yüksəlib

Azərbaycanın beş samboçusu III MDB Oyunlarında finala yüksəlib.

“Report”un məlumatına görə, Abdullətif Musayev (53 kq), Rustəm Qasimzadə (58 kq), Nihad Rəhimov (64 kq), Rəsul Səmədli (+98 kq) və Əbubəkir Hüseynov (98 kq) qızıl medal uğrunda görüşə vəsiqə qazanıblar.

Yarımfinalda uduzan Mikayıl Əmirov (71 kq) və Xəzər Əmrahlı (88 kq) bürünc mükafat qazanmağa çalışacaq.

Görüşlər Göygöl Olimpiya İdman kompleksində keçirilir.