Futbol
- 26 sentyabr, 2025
- 17:41
Qadın futbolçulardan ibarət Azərbaycan millisi Qazaxıstanda təlim-məşq toplanışında olacaq.
“Report” xəbər verir ki, bu barədə AFFA məlumat yayıb.
Komanda oktyabrın 24-də və 27-də Qazaxıstan yığması ilə iki yoldaşlıq görüşü keçirəcək.
Qarşılaşma Çimkənd şəhər stadionunda baş tutacaq.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

