Rusiyada yük maşını və qatar toqquşub, xəsarət alanlar var

Baş səhifə
Region

  • 26 sentyabr, 2025
  • 10:53
Rusiyada yük maşını və qatar toqquşub, xəsarət alanlar var

Rusiyanın Smolensk vilayəti yaxınlığında yük maşını ilə qatarın toqquşması zamanı lokomotiv briqadası xəsarət alıb.

“Report” Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Moskva Dəmir Yolu məlumat yayıb.

Bildirilib ki, maşinist və köməkçisi orta dərəcəli xəsarət alıblar.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, toqquşmadan sonra yanacaqla dolu altı vaqon alovlanıb.

Qəzanın nəticələrini aradan qaldırmaq üçün üç yanğınsöndürən və dörd bərpa qatarı göndərilib.