
Bakı. Trend:
Anthoni Qordon “Nyukasl”dan “Barselona”ya transfer olunub.
Trend xəbər verir ki,
Kataloniya klubu ingilis futbolçunun keçidini rəsmən açıqlayıb.
Müqavilə 5 illikdir.
Məlumata görə,”Barselona” 25 yaşlı Qordon üçün 70 milyon avro və
bonuslar ödəyəcək. Transferin ümumi məbləği 80 milyon avronu
keçəcək.
Qordon bu mövsüm Premyer Liqada keçirdiyi 26 oyunda 6 qol vurub
və 2 məhsuldar ötürmə edib.

