Region
- 25 sentyabr, 2025
- 16:24
Ermənistan Avropa Siyasi Birliyinin İrəvanda keçiriləcək VIII sammitinə təxminən 1 milyard dram (2,6 milyon dollardan çox) ayırmağı nəzərdə tutur.
“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu məsələ ölkənin 2026-cı il büdcəsinin layihəsinin hazırlanması zamanı müzakirə olunub.
Xatırladaq ki, Avropa Siyasi Birliyinin VI sammiti bu ilin yazında Albaniyanın paytaxtı Tiranada keçirilib, VII sammiti bu ilin payızında Danimarkada, VIII sammiti 2026-cı ilin yazında Ermənistanda keçiriləcək.
Gələn ilin payızında sammitə İrlandiya, 2027-ci ildə İsveçrə və Yunanıstan, 2028-ci ildə isə Azərbaycan və Latviya ev sahibliyi edəcək.
Ən son xəbərləri bizim “Facebook” səhifəmizdə izləyin

