Nizamidə avtomobil körpüdə betona çırpılıb, sürücü ölüb

Baş səhifə

Bakı. Trend:

Nizami rayonunda avtomobil körpünün üzərində beton maneəyə
çırpılıb.

Trend-in
məlumatına görə, hadisə sentyabrın 24-ü saat 08:03 radələrində
qeydə alınıb.




Belə ki, 1996-cı il təvəllüdlü Məmməd Məmmədli idarə etdiyi
“Chevrolet aveo” markalı avtomobillə Babək prospektində yerləşən
körpünün üzərində hərəkətdə olarkən yol ayrıcında beton maneəyə
çırpılaraq baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hadisə yerində
ölüb.

Faktla bağlı Nizami RPİ-də Cinayət Məcəlləsinin 263.2-ci maddəsi
ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.