Bakı. Trend:
Sentyabrın 23-də İmişli rayonu Muradxanlı kəndi ərazisində
yerləşən yaşayış evlərindən birinin həyətində keçirilən məclisdə
iştirak etmiş şəxslərdən 55 nəfərin növbəti gün qida zəhərlənməsi
şübhəsilə xəstəxanaya müraciət etməsi faktı ilə bağlı rayon
prokurorluğunda araşdırma aparılır.
Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab
olaraq Trend-ə
bildirilib ki, Zəhərlənmənin səbəbinin müəyyənləşdirilməsi
məqsədilə prokurorluq əməkdaşları tərəfindən Azərbaycan
Respublikasının Qida Təhlükəsizliyi Agentliyi əməkdaşlarının
iştirakı ilə yaşayış evindəki qidalardan nümunələr götürülərək
müvafiq ekspertizalar təyin edilib və digər zəruri prosessual
hərəkətlər icra olunub.
Hazırda zərərçəkmiş şəxslərin müalicələri davam etdirilir.

