
Yəməndən
buraxılan pilotsuz uçuş aparatının İsrailin cənubundakı Eylat şəhərini bombalaması
nəticəsində xəsarət alanların sayı 20 nəfərə çatıb.
Metbuat.az xəbər verir ki, İsrail
ordusunun məlumatına görə, Yəməndən İranın dəstəklədiyi husilərin buraxdığı
PUA-nı zərərsizləşdirmək cəhdləri uğursuz olub. Sosial mediada yayılan görüntülərdə
Yəməndən buraxılan PUA-nın sahilə yaxın əraziyə düşdüyü əks olunub.
Qeyd edək
ki, bundan əvvəl Yəməndə husilər tərəfindən İsrail istiqamətində atılan pilotsuz
təyyarə ölkənin cənubundakı Ramon hava limanını bombalayıb, bir nəfər yüngül xəsarət
alıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.

