Bakı. Trend:
İmişli rayonunda baş vermiş hadisənin səbəblərinin müəyyən
edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri
tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara
başlanılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq AQTA-dan məlumat
verilib.
Bildirilib ki, ilkin araşdırmaya görə, hadisə rayonun Muradxanlı
kəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verib.
“Agentliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış
keçirilərək müvafiq müayinələr aparılır. Hazırda faktla bağlı
araşdırmalar davam etdirilir. Nəticə ilə bağlı əlavə məlumat
veriləcək.
Agentlik bir daha ev şəraitində hazırlanan qidaları istehlaka
təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və
düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə
çatdırır” – deyə məlumatda qeyd edilib.

