Bakı. Trend:
Qırğızıstanın Ali Şurasının Konstitusiya qanunvericiliyi, dövlət
quruluşu, məhkəmə-hüquq məsələləri və reqlament üzrə komitəsi
respublikanın ali qanunverici orqanının vaxtından əvvəl buraxılması
barədə deputatlar qrupunun qərarını təsdiqləyib.
Bu barədə Trend
xarici KİV-ə istinadən xəbər verir.
Məlumata görə, profil komitəsinin üzvləri özünü buraxmaq üçün
tələb olunan 32 imzanı toplamağı bacaran təşəbbüskar deputatlar
qrupunun qərarını dəstəkləyiblər.
Məsələnin ümumi deputat korpusunun müzakirəsinə sentyabrın 24-də
çıxarılması planlaşdırılır.

