Martın 2-də Azərbaycan Şahmat Federasiyasının, “Nəfəs” İctimai Birliyinin və “Məmmədyarovlar” Şahmat Məktəbinin təşkilatçılığı ilə mərhum millət vəkili,Qənirə xanım Paşayevanın əziz xatirəsinə həsr olunmuş Beynəlxalq Şahmat Turnirinə start veriləcək. “Landmark Hotel”in “Rotunda” zalında baş tutacaq tədbir haqda Nəfəs Ictimai Birliyinin sədri Firəngiz xanım Balakişiyeva, feyzbuk hesabından paylaşım edərək ,turnirin martın 6-dək davam edəcəyini bildirib.
