Gürcüstanın yeni prezidentinin ilk qadağası

Dünya

Gürcüstan prezidenti Mixeil Kavelaşvili etiraz aksiyalarında maska taxmağı və lazerdən istifadəni qadağan edən qanunu imzalayıb. Sənəd Gürcüstanın qanunvericilik orqanının portalında dərc olunub.

Teleqraf.com xəbər verir ki, Gürcüstan parlamentinin dekabrın 13-də təsdiq etdiyi “Yığıncaqlar və nümayişlər haqqında” qanuna edilən dəyişikliklərə əsasən, aksiyalarda “üzü maska və ya digər vasitələrlə örtmək” qadağandır.

Qadağan olunmuş əşyalar siyahısına həmçinin etirazçıların tez-tez polis əməkdaşları və müşahidə kameralarına qarşı istifadə olunan pirotexniki vasitələr və lazerlər də daxildir.

Qanun rəsmi dərc edildikdən sonra qüvvəyə minib.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir