Bakı şəhəri Xətai Rayon İcra Hakimiyyəti “Ramco” QSC ilə 1.3 milyon manatlıq müqavilə bağlayıb.
Resmixeber.az ,Banker.az-a istinadən xəbər verir ki, müqavilədə Xətai rayonu, Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin söküntüsü nəzərdə tutulur.