Hamı Bakıdan QAÇACAQ – Şəhər boşaldılır – Yüksək cərimələr problemi tam həll etmədi

AKTUAL ölkə

Deyilənə görə, bu gün meqapolisdə yaşayan amerikalı avtomobil tıxaclarında ildə təxminən 36, almaniyalı isə 60 saat vaxt itirir. Moskva, İstanbul və Bakı kimi meqapolislər üçün bu cür hesablamalar aparılmayıb, amma şübhəsiz ki, bu şəhərlərin sakinləri tıxaclarda daha çox vaxt itirirlər. Avtomobil tıxaclarının obyektiv səbəblərlə (avtomobillərin kəmiyyəti, keyfiyyəti, yolların kəmiyyəti, keyfiyyəti, parkovka şəraiti və s.) yanaşı, subyektiv səbəbləri (yol hərəkətinin təşkili, sürücələrin peşəkarlığı, mədəniyyəti və s.) də olur.

Bəs nə etməli, paytaxtımızı və canımızı artıq qapımızı döyən bu sosial problemdən necə xilas etməli? Düşünürük ki, “velosiped icad etməyə” ehtiyac yoxdur, avtomobil tıxacları dünyanın bütün meqapolislərinin problemidir. Deməli, bütün dünyada bu problemlə mübarizə gedir və bizə bu sahədə beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək qalır. Əvvəl ən qeyri-populyar olanlardan, adminstrativ metodlardan başlayaq. Beləliklə,

parkovkalarından azad etməyə xidmət edir. Artıq Azərbaycan paytaxtında bu istiqamətdə aktiv iş gedir. 10 ildən çoxdur ki, yeni tikilən çoxmərtəbəli binaların zirzəmi hissəsində qarajların salınması məcburi sayılır. Bundan başqa, şəhərin “Qış bulvarı” adlanan hissəsində, Azadlıq meydanı ərazisində və bir sıra yerlərdə yeraltı çoxmərtəbəli qarajlar istifadəyə verilmişdir və yenilərinin tikintisi gedir. Amma bu qarajlarda qiymətlər əlçatan olmalıdır ki, vətəndaşlar istifadə edə bil

Avtomobil tıxaclarına qarşı müasir mübarizə metodlarından danışarkən hazırda Amerikada həyata keçirilən “ağıllı yollar” layihəsini yada salmamaq olmur. Doğrudur, bu, həddən artıq bahalı layihədir, amma effekti də çox yüksəkdir. Deməli yolda yerləşdirilən xüsusi fotoelement sistemi keçən avtomobillərin sayını hesablayır və kompüterə ötürür. Kompüter isə müəyyən miqdardan sonra işıqforu bağlayır, yəni yoldakı maşınların sayını nizamlayır. Amma onu da qeyd etmək lazımdır ki, “ağıllı yollar” əsasən şəxsi və pullu yollardır.

Nə etməli?

Bir neçə kəlmə də gələcək layihələr barədə. Məlum olduğu kimi, avtomobil tıxacları şərqdən qərbə kimi bütün dünyanın problemidir və hər ölkə bu problemlə öz imkanı daxilində mübarizə aparır. Məsələn, Parisdə bir mühəndis problemi Çində olduğu kimi, velosipedlər vasitəsilə həll etmək istəyir. Doğrudur, o, yeni velosiped icad etməyib, amma bu nəqliyyat növünə müəyyən yeniliklər gətirib, bir növ onu ictimailəşdirib. Məlum olduğu kimi, Parisin mərkəzində şəxsi avtomobillərə məhdudiyyət qoyulur. Həmin mühəndis mərkəzdə onlarla velosiped dayanacaqları salmağı təklif edir. Velosipedlər xüsusi çəpərə bərkidilir, onları yalnız buraxılış kartı ilə (metroda olduğu kimi) götürmək olar. Velosiped götürüldükdən sonra hər an kompüterin nəzarətində olur və onun harda və kimdə olmasını təyin etmək olur. Göründüyü kimi, metod o qədər də bahalı deyil və onu hər yerdə, o cümlədən Bakıda da tətbiq etmək olar.

İsveçdə isə başqa bir mühəndis böyük şəhərləri avtomobil tıxaclarından qurtarmaq üçün təkərli tramvaylar təklif edir. Məlum olduğu kimi, tramvay eyni marşrutu heç bir dəyişikliyə yol vermədən təkrar edən ictimai nəqliyyat növüdür. Təkərli tramvaylarda bu effekt yollara qoyulmuş xüsusi fotoelementlər vasitəsilə həyata keçirilir. Tramvay faktiki olaraq, özü müstəqil hərəkət edir, sürücü bu zaman çay içə, hətta nahar edə bilər. Amma maraqlı variant olsa da, Bakıda tətbiqi çətindir. Əvvəla, çox bahadır, sonra, bizdə yollar çox dardır, ictimai nəqliyyatın, təcili yardımın və s. hərəkət edəcəyi xüsusi yollar sistemi yoxdur.

Amerikada isə yol tıxaclarından qurtarmaq üçün bir mühəndis qanadlı maşınlar icad etməyi, digəri isə avtomobillər üçün “göydələn” parkovka sistemləri tikməyi təklif edir. Nəzəri cəhətdən maraqlı olsa da, məlum səbəblərdən bu metodlar praktiki maraq doğurmur. Amma yuxarıda göstərildiyi kimi, praktiki maraq doğuran metodlar da istənilən qədərdir.Deyilənə görə, bu gün meqapolisdə yaşayan amerikalı avtomobil tıxaclarında ildə təxminən 36, almaniyalı isə 60 saat vaxt itirir. Moskva, İstanbul və Bakı kimi meqapolislər üçün bu cür hesablamalar aparılmayıb, amma şübhəsiz ki, bu şəhərlərin sakinləri tıxaclarda daha çox vaxt itirirlər. Avtomobil tıxaclarının obyektiv səbəblərlə (avtomobillərin kəmiyyəti, keyfiyyəti, yolların kəmiyyəti, keyfiyyəti, parkovka şəraiti və s.) yanaşı, subyektiv səbəbləri (yol hərəkətinin təşkili, sürücələrin peşəkarlığı, mədəniyyəti və s.) də olur.

Bəs nə etməli, paytaxtımızı və canımızı artıq qapımızı döyən bu sosial problemdən necə xilas etməli? Düşünürük ki, “velosiped icad etməyə” ehtiyac yoxdur, avtomobil tıxacları dünyanın bütün meqapolislərinin problemidir. Deməli, bütün dünyada bu problemlə mübarizə gedir və bizə bu sahədə beynəlxalq təcrübəni öyrənmək və tətbiq etmək qalır. Əvvəl ən qeyri-populyar olanlardan, adminstrativ metodlardan başlayaq. Beləliklə, parkovkalarından azad etməyə xidmət edir. Artıq Azərbaycan paytaxtında bu istiqamətdə aktiv iş gedir. 10 ildən çoxdur ki, yeni tikilən çoxmərtəbəli binaların zirzəmi hissəsində qarajların salınması məcburi sayılır. Bundan başqa, şəhərin “Qış bulvarı” adlanan hissəsində, Azadlıq meydanı ərazisində və bir sıra yerlərdə yeraltı çoxmərtəbəli qarajlar istifadəyə verilmişdir və yenilərinin tikintisi gedir. Amma bu qarajlarda qiymətlər əlçatan olmalıdır ki, vətəndaşlar istifadə edə bilər.

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir