Bəzi dövlətlər xəritədən silinə bilər” – Türkiyə Azərbaycana qarşı çıxır?

Baş səhifə Siyasət

“Diplomatlarla yanaşı Azərbaycan və Ermənistanın müdafiə nazirləri də son günlər səfərlərinin sayını artırıb. Hətta onlar diplomatlardan daha çox görüşlər keçirir”.

Hətta prosesləri İrandan çox Rusiyanın alovlandırdığı iddiaları da var. Misal üçün Husilərin Qırmızı dənizi iflic edən gəmi əleyhinə raketləri Rusiyanın verməsi barədə informasiyalar mövcuddur. Hesab edirəm ki, Rusiya ilə İran arasında Cənubi Qafqazla bağlı nə qədər ziddiyyətlər də olsa, iki ölkə ortaq məxrəcə gələcək. Düzü, başqa variantları da yoxdur kimi görünür. Qərbin ən böyük uğuru Ermənistanın müdafiə qabiliyyətini artırmaqdan daha çox İranla Rusiya arasında bağları qoparmaq olardı. Ancaq bunun baş verdiyini nəinki görürük, əksinə hər həmlədə sözü gedən dövlətlər daha da yaxınlaşır”.

Bildirilir ki, Türkiyənin seçimi NATO ilə birgə hərəkət olacaq:

“Türkiyənin mövqeyi necə olacaq, buna cavab vermək o qədər də asan deyil. Türkiyə ilə Azərbaycan strateji müttəfiqdir, ortada Şuşa bəyannaməsi var. Eyni zamanda Türkiyə Ermənistandan Rusiyanı sıxışdırıb çıxarmaq istəyən ABŞ, Fransa ilə NATO masasındadır. Belə olan təqdirdə Türkiyə NATO ilə birgə hərəkət edəcək. Reallıq və Türkiyənin Cənubi Qafqaz maraqları onu deməyə əsas verir ki, Türkiyənin seçimi NATO olacaq. Ancaq arzuolunandır ki, sözügedən ölkə neytral qalsın. Türkiyə də bilir ki, Cənubi Qafqazda möhkəmlənmək üçün Gürcüstan, Azərbaycan və Ermənistanda da möhkəmlənməlidir. Türkiyənin Gürcüstan və Azərbaycanla bağlı problemi olmasa da, Ermənistanla münasibətlərin normallaşmaması rəsmi Ankaranı Tehran və Moskvadan bir addım geridə saxlayır. Azərbaycandan fərqli olaraq, Türkiyə Ermənistanın torpaq iddiasını ciddiyə almır. Ona görə də rəsmi Ankara Ermənistan gerbi, konstitusiyası dəyişmədən belə normallaşma prosesinə gedə bilər. Strateji hədəflərə çatmaq üçün Türkiyə kimi dövlətlər bəzi məsələlərə göz yuma bilər. Bunun baş verməsi bizi qətiyyən təəccübləndirməməlidir. Çünki strateji maraqlar, oturulan masalar fərqlidir”.

Hərbi ekspert qeyd edib ki, proseslərin sonunda bəzi dövlətlər xəritədən silinə bilər:

“Bu elə ağır prosesdir ki, sonda bəzi dövlətlər xəritədən silinə, müstəqilliklərini itirilə bilər. Ona görə də Cənubi Qafqazın ən güclü dövləti olmaq kifayət etmir, Cənubi Qafqazın tək dövləti olmaq strateji hədəf olmalıdır. Çünki dünyanın siyasi xəritəsi əgər dəyişəcəksə, varlığını qorumaqla yanaşı, tikələrdən pay götürməyə də hazır olmalısan. Hesab edək ki, bu strateji hədəflər arasındadır, cəmiyyət necə, buna hazırdır? Hə, bax burda “Kərəmi ağlamaq tutur…”

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir