İransayağı “soyqırım”

Baş səhifə DIN

Bəhai dini dünya dinləri arasında

cavanıdır. O, dünyanın 234 ölkəsində yaşayan 2100 millət, xalq və etnik qrupa mənsub 8  milyon insanı bir¬ləşdirir. Bu Birlik planetimizdə sülhü, qlobal ekologiyanı və insan haqlarını qorumaq, xalqların sosial-iqtisadi inkişafına nail olmaq məqsədilə BMT-nin bir sıra orqanları- EKOSOS, YUNİSEF, YUNEP ilə əməkdaşlıq edir. Birliyin BMT-nin Nyu-York və Cenevrədəki qərargahlarında nümayəndəlikləri fəaliyyət göstərir. Bəhai dininin vətəni İran olsa da, dünyanın heç bir yerində bəhailər bu ölkədə olduğu kimi ciddi təqiblərə məruz qalmamışlar. Son 180 ildə İranda bəhai olduğuna görə 20 min  insan öldürülmüş, on minlərlə insan həbsxanalara salınmış, başqa ölkələrə mühacirət etmişlər. 1979-cu ildə İranda İslam Respublikası qurulandan sonra bəhailərə qarşı təqib kampaniyası xüsusi amansızlıqla davam etdirilmişdir. Dəfələrlə İranın müxtəlif şəhərlərində yüzlərlə insanın ölümünə səbəb olmuş talanlar törədilmiş, bəhailərə məxsus evlər, dükanlar yandırılmış, qəbirstanlıqlar və ibadət evləri dağıdılmışdır. Ölkədən çıxmaq imkanı  olmayan 350 min insan ən elementar insan haqlarından (ali təhsil almaq, dövlət  idarələrində işləmək, təqaüd almaq və s.) məhrum edilmişdir.

             Cari ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 79-cu sessiyası keçiriləcək. Sessiyada Kanada tərəfindən İran İslam Respublikasında insan haqlarının, o cümlədən Bəhai dininə mənsub insanların vəziyyəti ilə bağlı Qətnamə layihəsinin irəli sürülməsi gözlənilir. Keçən il də Baş Assambleyanın plenar iclasında 78 üzv  lehinə, 30 əleyhinə, 68 bitərəf və 17 üzv iştirak etməməklə belə bir belə bir Qətmanə qəbul edilmişdi.
              Yaxşı məlumdur ki, İranda dövlət tərəfindən bəhailərə qarşı təqiblər dalğası şiddətini azaltmadan on illiklərlə davam etməkdədir. Qətnamədə qeyd edildiyi kimi, Bəhai icmasını zəiflətmək və sonda məhv etmək məqsədi daşıyan və dövlət tərəfindən təşkil edilən və maliyyələşdirilən kampaniya tam gücü ilə işləməkdədir.
         Bəhailərə qarşı bu siyasət hələ 1991-cu ildə ölkənin Ali Rəhbəri Əli Xamneinin ofisi tərəfindən hazırlanmış və şəxsən onun tərəfindən imzalanmış “Bəhai məsələsinin” həlli ilə bağlı memeranduma uyğun olaraq həyata keçirilir. Sənəddə Bəhai icmasının inkişafını, Bəhai diniə mənsub ölkə vətəndaşlarının təhsil, sosial, iqtisadi və mədəni imkanlarını ciddi şəkildə məhdudlaşdıran bir sıra tədbirlər öz əksini tapmışdır. Əli Xamnei ofisinin hazırladığı bu sənədin müddəaları əsasında bəhailər ali təhsil almaq, biznes qurmaq, təqaüdə çıxmaq, bankda hesab açmaq və kredit götürmək, dövlət idarə və müəssisələrində işləmək və digər hüquqlardan məhrum ediliblər. Sənəddə bəhailərə qarşı təbliğatın genişləndirilməsi və sistemli şəkilə salınması də öz yerini tapmışdır. Bu o deməkdir ki, təhsil almaq və dolanışıq imkanlarından məhrum edilmiş bəhailər nifrət dolu təbliğatın aparıldığı və təhlükəsizliyin təmin edilmədiyi bir cəmiyyətdə yaşamağa məhkum edilmişlər.
          İran höküməti, onun məhkəmə sistemi və təhlükəsizlik qurumları bəhailərə qarşı olan bu rejimin uzun illər “saz və qüsursuz” işləməsini daim təmin etmişlər. İran İslam Respublikasında insan haqlarının vəziyyəti üzrə BMT-nin xüsusi məruzəçisi Cavaid Rəhman son hesabatında Bəhai icmasının “soyqırım” ilə hədəfə alındığını bildirib. Hesabatda deyilir ki, 1979-cu ildən bəri dövlət tərəfindən maliyyələşdirilən və onun tərəfindən həyata keçirilən təqiblər tam cəzasızlıqla 45 ildir davam edir. Bundan əlavə, Human Rights Watch təşkilatı İran hökumətinin rəftarını xarakterizə edərək, bəhailərin “təqibini bəşəriyyətə qarşı cinayət” kimi qiymətləndirib.
            İran hökümətinin soyqırım rejimi təkcə “dirilərə” deyil, ölülərə də şamil edilib. Təkcə 2023-2024-cü illər ərzində bəhailərin dəfn hüquqlarının pozulması ilə bağlı 30-dan çox fakt qeydə alınmışdır. Bəhailərin kompakt yaşadığı yaşayış məntəqələrində İran hökuməti tərəfindən məzar nişanları sökülərək yerlə-yeksan edilməsi, qəbirsanlıqların buldozerlərlə düzləndirilməsi kütləvi hal almışdır. 2024-cü il avqust 6-da Əhvazda 110 illik tarixi olan bəhai qəbirsanlığındakı ağaclar doğranmış, sonra qəbirsanlığın bütün ərazisi yandırılmışdır. Yanğın 6000 kvadrat metr ərazini külə döndərmişdir. Həmin vaxt Tehranda da yeni məzarların dağıdılması və yandırılması həyata keçirilmişdir.
        Bəhailərin həbs edilməsi, həbsxanada döyülməsi və digər zorakılıqlara məruz qoyulması sistemli şəkildə davam etdirilməkdədir.  Təkcə 2024-cü ilin 3 ayı (yanvar-martın əvvəlləri) ərzində ölkənin müxtəlif bölgələrində 93 bəhai həbsxanaya salınmışdır ki, onların 72-i qadın olmuşdur. Bu həbslər çox vaxt ev basqınları, talan və əmlakın müsadirəsi, yaşlılara və qadınlara qarşı qeyri-insanı kobud davranışlar, valideynlərin uşaqlardan travmatik şəkildə ayırmaqla həyata keçirilir.
       İran höküməti bəhailərin dolanışıq və maliyyə mənbələrinin qapadılmasına anti-bəhai siyasətinin ən əhəmiyyəti tərkib hissəsi kimi baxır. 2024-cü ildə baş verənlər içərisində Əhmədabad hadisələri Beynəlxalq insan haqları təşkilatları trəfindən qətiyyətlə pislənmişdir.
       Əhmədabad kəndi bəhailərin neçə nəslinin kompakt yaşadığı və əsas məşğuliyyəti tarlaçılıq olan məntəqələrdən biridir. 2024-cü ilin yazında bu kənd dövlət məmurlarının hücumuna məruz qalmışdır: torpaqlar rəsmi şəkildə müsadirə edilmiş, yığım ərəfəsində olan düyü tarlaları şumlanaraq məhv edilmiş, suvarma sistemləri dağıdılmışdır.
        İran hökümətinin bəhailərin Ali təhsil almaq hüququqna qoyduğu qadağalar davam etməkdədir. Dövlətin gənc bəhaiyə ali təhsil almaq istəyini reallaşdırmaqdan ötrü qoyduğu yeganə tələb: Bəhai dinindən rəsmən çıxdığını bəyan etməsidir. 

Azər Cəfərov
Bəhai Dini icması İctimai Əlaqələr ofisinin koordinatoru
Bakı Dövlət Universitetinin dosenti, fəlsəfə doktor

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir