Sədərək” ticarət mərkəzində bir qrup şəxs girov götürülüb?

Hadisə

Lökbatan qəsəbəsindəki ticarət mərkəzlərinin birində yerləşən mağazada bir qrup şəxsin girov saxlanılması iddiası ilə bağlı paylaşılan görüntülər araşdırılıb.

Axar.az xəbər verir ki, bu barədə resmixeber.az-ya DİN-in Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlı deyib.

“Müəyyən olunub ki, görüntülərdəki şəxslər mağazanın icarədarlarıdır və icarə məsələsinə görə mağazanın yeni sahibi ilə aralarında narazılıq yaranıb. Həmin şəxslərin girov saxlanılması ilə bağlı iddialar əsassızdır”, – o bildirib.

Qeyd edək ki, sosial media platformalarında yayılan videoda vətəndaşlardan biri ailə üzvlərinin “Sədərək” ticarət mərkəzinin rəhbərliyi tərəfindən girov götürüldüyünü iddia edib.

12 Punto
14 Punto
16 Punto
Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir