COP29 tədbiri ilə bağlı işə gedə bilməyənlərə pul ödənilə bilər

AKTUAL

Xəbər verdiyimiz kimi, COP29-la əlaqədar dövlət orqanlarında (qurumlarında) iş rejimi dəyişəcək.

Bununla bağlı dövlət qurumlarına Nazirlər Kabineti müvafiq tapşırıq verib.Bununla bağlı dövlət qurumlarına .
Dövlət qurumlarına (orqanlarına) Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının Bakı şəhərində keçirilməsi ilə əlaqədar tədbirin əhəmiyyəti, iştirakçıların sayı nəzərə alınaraq, tədbirin yüksək səviyyədə təşkil edilməsi məqsədilə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə aşağıdakıların təmin olunması tapşırılıb:

– dövlət orqanlarında (qurumlarında) işə cəlb edilən işçilərin sayının ən çoxu 30 faizə müəyyən edilməsi, işçilərin qalan 70 faizinin məsafədən (evdən) işləmələrinin təmin edilməsi (COP29-la bağlı tədbirdə iştirak edən və təşkilati işlərə cəlb edilən əməkdaşlar istisna olmaqla);

– Dövlət orqanlarında (qurumlarında) əməkdaşların qrafiki müəyyən edilməklə növbəlilik qaydasında işə cəlb edilməsi;

– dövlət orqanlarında (qurumlarında) iş rejiminin (saatlarının) bu məktuba uyğun olaraq tətbiqinin təmin edilməsi.

Qeyd edilən dövlət orqanları (qurumları) aşağıdakılardır:

Tədbirlə əlaqəli bəzi dövlət qurumlarının əməkdaşlarının 70 faizi məsafədən, yəni evdən işləyəcək.

Maraqlıdır, keçirilən mötəbər tədbir zamanı özəl sektorda muzdla çalışan vətəndaşların iş rejimi  və gəlirləri necə tənzimlənəcək? Tədbir işləməyən vətəndaşın büdcəsinə hansı təsirlər edəcək?

Resmixeber.az KONKRET.az-a istinadən  xəbər verir ki,mövzu ilə bağlı referans.az-a danışan iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, dövlətin özəl sektorla bağlı qərar verməyə səlahiyyəti yoxdur. Verilən qərarın özəl sektora aid olması qanunla mümkün deyil: “Nazirlər Kabinetinin qərarında bu ancaq dövlət və büdcədın maliyyələşən təşkilatlara aid olan məsələ kimi dəyərləndirilib. Özəl sektora necə qadağalar etmək olar? Bu mümkün də deyil. Əgər ölkəyə qonaqlar gələcəksə, mağaza, kafe, restoranlar və digər xidmət sahələri onsuz da işləməlidir”.

Ekspert qeyd edib ki, digər sahələrin işçilərinin gəlirlərindən və iş saatının necə tənzimlənməsindən söhbət gedərsə, əgər qadagalar qoyulacaqsa, bu zaman işçilərin kompensasiyası ödənməlidir.












Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir