2025-ci ilin doqquz ayı ərzində ölkədə neçə min yeni iş yeri açılıb?

Baş səhifə

Bakı. Trend:

2025-ci ilin doqquz ayı ərzində ölkədə 77,7 min yeni iş yerləri
açılıb.

Trend xəbər
verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.




Məlumata görə, bu dövrdə yaradılmış iş yerlərinin 91,4 faizi
qeyri-dövlət sektorunda açılıb.

Yeni açılmış iş yerlərinin 75,9 faizi Bakı şəhərinin, 0,8 faizi
Naxçıvan Muxtar Respublikasının, 23,3 faizi digər regionların, o
cümlədən 7,2 faizi Abşeron-Xızı, 2,7 faizi Quba-Xaçmaz, 2,7 faizi
Şəki-Zaqatala, 2,4 faizi Qarabağ, 1,9 faizi Gəncə-Daşkəsən, 1,5
faizi Şirvan-Salyan, 1,2 faizi Lənkəran-Astara, 0,9 faizi Şərqi
Zəngəzur, 0,9 faizi Mərkəzi Aran, 0,8 faizi Qazax-Tovuz, 0,6 faizi
Mil-Muğan və 0,5 faizi Dağlıq Şirvan iqtisadi rayonlarının payına
düşüb. Yeni açılmış iş yerlərinin 9,1 faizi yeni yaradılmış
müəssisə və təşkilatlarda, 89,8 faizi mövcud müəssisə və
təşkilatlarda, 0,4 faizi fəaliyyətini bərpa etmiş müəssisə və
təşkilatlarda, 0,7 faizi isə digər tədbirlər üzrə yaradılıb.